TAİB-in sədri gənclərlə görüşdə olub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

YAP Yasamal rayon təşkilatında YAP Veteranlar Şurasının üzvü, Türk Ağsaqqallar Birliyinin sədri, partiyamızın “qızıl fondu” olan “91-lər”in nümayəndəsi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, “Şərəf və Şöhrət” ordenləri ilə təltif edilmiş Sudeyif İmamverdiyevlə gənclərin görüşü baş tutub.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayıb.
Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Azərbaycanın dövlətinin qurucusu olan ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev rəhbərliyi ilə müasir Azərbaycan qüdrətli dövrünü yaşayır.
Bəxtiyar Nəbiyev gənclərə üzünü tutaraq “Cənab Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Gününün 25-ci ildönümündə söylədiyi: Bizim gələcəyimiz gənclərdir, məhz onlar dövlətçilik ənənələrinə sıx möhkəm bağlı qalmalı, vətənini hər zaman sevməli, kənar təsir dairələrə qarşı sərt mövqe göstərməlidir” fikirlərini söyləyib.

Daha çıxış edən məruzəçi YAP Veteranlar Şurasının üzvü, partiyamızın “qızıl fondu” olan “91-lər”in nümayəndəsi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, “Şərəf və Şöhrət” ordenləri ilə təltif edilmiş Sudeyif İmamverdiyev söyləyib ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.
Sudeyif İmamverdiyev ümummilli lider Heydər Əliyevlə olan xatirələrini gənclərlə bölüşüb.
Sudeyif İmamverdiyev bildirib ki, Ulu öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır.
Bu gün xalqımız ümummilli liderin siyasi varisi – yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.

Daha sonra müzakirə formatında davam edən görüşdə gənclər öz suallarını ünvanlandırıblar, suallar cavablandırılıb, təklifləri dinlənilib. Gənclər onları maraqlandıran suallarına cavab alıb.

Sonda gənclərlə xatirə şəkli çəkilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR