Sədaqət Vəliyeva: Azərbaycan dünyada yüksək nüfuza malik olan etibarlı tərəfdaşdır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Fevralın 4-də Bakıda, Gülüstan sarayında Prezident İlham Əliyevin təşəbbüsü ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Heç şübhəsiz belə bir dünya əhəmiyyətli toplantının Bakıda keçirilməsi Azərbaycanın yüksək beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş olmasının göstəricisidir”.

Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, toplantıda Avropa İttifaqının komissarlarının, dünyanın aparıcı 18 ölkəsinin, 19 şirkətininin və 5 beynəlxalq maliyyə təsisatının yüksəksəviyyəli nümayəndələrinin iştirak etməsi Azərbaycanın Avropa  enerji təhlükəsizliyindəki əhəmiyyətli rolundan, ölkəmizin regional əməkdaşlığın inkişafına verdiyi töhfədən xəbər verir: 
“Toplantıda çıxış edən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin uğurla tamamlanması münasibətilə bütün tədbir iştirakçılarını təbrik edərək, Cənub Qaz Dəhlizinin sonuncu mərhələsi olan TAP layihəsinin 2020-ci ilin dekabrın 31-də, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə tamamlanması haqqında məlumat verib. Eyni zamanda, Prezident İlham Əliyev çıxışı zamanı tədbirdə iştirak edən bütün ölkələrə öz minnətdarlığını bildirib və iştirak edən ölkələrin birliyi sayəsində  iri layihələrin ərsəyə gəldiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanın enerji təchizatında 2006-cı ildən bu günə qədər heç bir fasilə olmayıb, müqavilə şərtləri pozulmayıb, Azərbaycanın enerji siyasətinin arxasında heç bir siyasi gündəm yoxdur. Azərbaycan  şəffaf, açıq, biznes və nəticələrə hesablanmış enerji siyasəti həyata keçirib. Həyata keçirilən bu siyasətin nəticəsidir ki, Azərbaycan Davos Dünya İqtisadi Forumunun qiymətləndirilməsində enerji əlçatanlıq reytinqinə görə ikinci yerdədir. Ölkəmizdə elektrik enerji xətləri təmamilə modernləşdirilib, yeni elektrik stansiyaları inşa edilib. Ötən ay enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpa olunan enerji mənbəyi layihəsinin – 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib”.

“XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizinə bir çox kənar ölkələr də maraq göstərib” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Cənub Qaz Dəhlizi layihəsi Avropa enerji siyasətinə böyük töhvə verib, ölkələr arasında enerji əlaqələrinin yaradılmasında, qarşılıqlı etimadın güclənməsində böyük rol oynayıb. Bu prosesdə Azərbaycanın səmimiliyi, vicdanlılığı bu əməkdaşlığa inamı daha da artırıb: “Toplantıda çıxış edən Prezident İlham Əliyevin sadaladığı faktlarla, Azərbaycanın imzaladığı beynəlxalq müqavilələrin şərtlərini tamlıqla yerinə yetirdiyini, ölkəmizin böyük enerjisi və təbii qaz potensialına malik olduğunu və ümumilikdə  Azərbaycanda neft-qaz siyasətinin uğurla həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. Əlbəttə ki, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul olunması, dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, yüksək beynəlxalq nüfuza malik olması, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik, uzaqgörən siyasətin nəticəsidir. Aparılan bu siyasət Azərbaycanımızı dünyada günəş kimi daha da parladacaq, dövlətimizə, xalqımıza uğurlar, yeni nailiyyətlər gətirəcək”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR