İlqar Yusibov:”Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verdi”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Heydər Əliyev Azərbaycan cəmiyyətini saflaşdırmış, gələcək nəsillər üçün sivil dəyərlərə əsaslanan, milli-mənəvi dəyərləri yaşatmağa qadir olan bir ölkə miras qoymuşdur.

Qazanılan nailiyyətlər xalqımızın Ümummilli Liderinin uzaqgörən siyasətinin və bu siyasəti milli maraqlar çərçivəsində uğurla davam etdirən Prezident cənab İlham Əliyevin danılmaz xidmətləri ilə bağlıdır. Bu gün ümummmilli liderimizin anım günüdür. 18 ildi aramızda olmasa da onun vəsiyyət, tövsiyyə və məsləhətlərindən hər zaman bəhrələnəcəyik.  Hər zaman sevgi və ehtiramla anırıq. Allah qəni-qəni rəhmət eləsin!

Müstəqil Azərbaycanı Ulu Öndər Heydər Əliyevin “Şah əsəri” sayanlar tamamilə haqlıdırlar. Əslində, bu, nəinki ölkə ictimaiyyətinin, ümumilikdə realist dünyanın etiraf etdiyi bir həqiqətdir. Keçdiyimiz tarixi dövr sübut edir ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir .  Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir.

 

Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.

Böyük siyasətdə və dövlət idarəçiliyində qazandığı misilsiz nailiyyətlər, ilk növbədə, xalqın səmimi dəstəyinə, ictimai inam amilinə söykənib. Qarşıya qoyduğu məqsədlərə doğru irəliləyərkən parlaq zəkasına, dövlətçilik səriştəsinə deyil, həm də ictimai etimada əsaslanıb. Ən ciddi dəstəyi xalqdan, ona güvənən, xilas yeri kimi baxan insanlardan alıb. Ulu Öndər SSRİ kimi böyük imperiyada ən yüksək vəzifələri tutub, ən ali məqamlara yüksəlmiş yeganə azərbaycanlı kimi, o, xalqına daim ləyaqətlə, vicdanla xidmət edib.

Heydər Əliyev çox gözəl bilirdi, Azərbaycanın bir dövlət kimi daim yaşaması, müstəqilliyini qoruyub saxlaması, regionda güclü və demokratik dövlət, bu dövlətin möhkəm hüquqi bazası, dinamik inkişafına təkan verən iqtisadi sistemi  və tarazlı beynəlxalq siyasəti olmalıdır. O, hər zaman çıxışlarında qeyd edirdi ki, əgər Azərbaycanda güclü dövlətçilik olmasa, düşmənlər ölkəmizin həm içindən, həm də çölündən Azərbaycanı dağıdacaqlar.

Müdrikliklə siyasətin vəhdətindən yarandı güclü Azərbaycan!  Vaxtilə onun cəsarət və uzaqgörənliklə həyata keçirdiyi islahatlar olmasaydı, Azərbaycanın indiki inkişaf səviyyəsi ancaq xəyal olaraq qala bilərdi. Bütün sahələri əhatə edən inkişaf səhiyyədən də yan keçmədi. Əvvəllər xaricə üz tutan insanlarımız indi rahatlıqla bizim xəstəxana,klinikalarımızda müalicə oluna bilirlər. Artıq səhiyyəmiz o dərəcəyə gəlib ki, indi xarici ölkələrdən Azərbaycana müalicə almağa, əməliyyat olunmağa gəlirlər. Bax bu Ulu öndərimizin yürütdüyü siyasətin nəticəsidir. Onun  layiqli davamçısı, möhtərəm prezidentimizin səhiyyəyə olan yüksək diqqətinin təzahürüdür.

Qarabağın, Şuşamızın azadlığı da məhz onun müdrik siyasətinin bəhrəsi idi. Bu gün Azərbaycan qalib ölkə kimi qürurla durub. Türk tarixinin qızıl səhifələrinə yazılan Zəfər tariximiz böyük sərkərdəmizin adı ilə bağlıdır. Ata vəsiyyətini layiqincə yerinə yetirən Ali Baş Komandanımız Azərbaycanı işıqlı gələcəyə götürür.

İlqar Yusibov,

“Xəzər Klinikası”nın baş həkimi

 

 

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR