Türk Ağsaqqalları Birliyinin təmsilçiləri İğdırda AK Parti İl başqanı ilə görüşüblər – Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyinin (TAİB) Təşkilat Komitəsinin üzvləri və İcra Aparatının təmsilçiləri Türkiyəyə səfər çərçivəsində İğdır şəhərinin bir sıra dövlət qurumları, KİV redaksiyaları və ictimai təşkilatlarda görüşlər keçiriblər. Belə görüşlərdən biri də Ədalət və İnkişaf Partiyasının (AK Parti) İğdır təmsilçiliyində baş tutub.
AK Parti İğdır İl başqanı Ali Kemal Ayazla görüşən TAİB nümayəndələri və heyətin tərkibində olan Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri, millət vəkilləri Hikmət Babaoğlu və Elşad Mirbəşiroğlu, səfərin məqsədi, iki qardaş ölkə arasında münasibətlərin bugünkü səviyyəsi və əlaqələrin daha da inkişaf etdirilməsində ictimai təşəbbüskarlığın əhəmiyyətindən danışıblar. Türkiyə ilə Azərbaycan rasında əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin rolundan danışan TAİB təmsilçiləri qarşıdakı mərhələdə təşkilatın xəttilə Türkiyənin müxtəlif bölgələrində tədbirlər təşkil edəcəklərini bildiriblər.
AK Parti İl başqanı Ali Kemal Ayaz öz növbəsində, İğdırda “Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfransın İğdırda təşçkil olunmasından məmnun olduğunu vurğulayıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə görə qürur hiss keçirdiklərini deyən Ali Kemal Ayaz inkişafa xidmət edən bütün təşəbbüslərə dəstək verməyə hazır olduqlarını da diqqətə çatdırıb.
Görüşdə TAİB-in Təşkilat Komitəsinin sədri Sudeif İmamverdiyevin Ulu Öndər Heydər Əliyevlə bağlı dilə gətridiyi xatirələr böyük maraqla qarşılanıb. YAP Idarə Heyətinin üzvü, millət vəlkili Hikmət Babaoğlu çıxışında təmsil etdiyi hakim partiya ilə AK Parti arasındakı əlaqələrin sistemli şəkildə inkişaf xəttində olduğunu önə çəkərək, iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəyə gəlib çatmasında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında dostluq-və qardaşlıq münasibətlərinin də böyük rol oynadığını qeyd edib.
Xatırladaq ki, 8-10 dekabr tarixlərində İğdırda Heydər Əliyevə həsr olunmuş konfranslar keçirilib. AK Parti İl başqanı Ali Kemal Ayaz İğdırdakı Azərbaycan Mədəniyyət Evində təşkil olunmuş konfransda şəxsən iştirak edib

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR