Laçının işğal və azadlıq tarixi – Doğma yurda həyat gəlir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Laçın rayonu 1992-ci il 18 maydan etibarən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. Rayon ərazisi narzan, istisu, turşusu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılarla zəngindir. 

Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan rayon Azərbaycanın ən qədim insan məskənlərindən biri hesab olunur.

1 şəhər, 1 qəsəbə, 125 kəndidən ibarət olan rayonun ümumi sahəsi 1835 kvadrat kilometrdir. Əhali, əsasən, heyvandarlıq, bitkiçilik, arıçılıq və qismən də bağçılıq və bostançılıqla məşğul idi. 

İşğaldan sonra 58736 nəfər laçınlı Azərbaycanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.

Azərbaycan mənbələrinə görə, 1980-ci illərin sonunda rayonda cəmi üç erməni yaşayıb, başqa mənbələrdə isə 1970-ci illərdə bu say 34 nəfər kimi göstərilir. 

28 il əvvəl işğal zamanı 13745 yaşayış evi qarət edilərək yandırılıb, ümumilikdə, Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəyib.
İşğala qədər orada 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib.

İşğal dövründə Laçın rayonuna Ermənistandan və son vaxtlar isə Livandan ermənilər köçürülüb. Azərbaycan bu köçürmələri beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı. Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət götürdüyü düşmənə məxsus hərbi texnikanın qiyməti bir neçə milyard dollardır. Bu, xarici borc içində üzən Ermənistan üçün böyük zərbədir.

Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. Prezident İlham Əliyevin çıxışında – Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin.

Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş – ay yarımdan sonra artıq burada Su Elektrik Stansiyası istismara verilir. 

Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək. 

Kərimova Əminə
Y.Kovalyov adına 229 nömrəli tam orta məktəbin direktor müavini,
Yeni Azərbaycan Partiyasının Ərazi Təşkilat Sədr

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR