Türk Ağsaqqalları Birliyi-nin üzvləri Nizami Gəncəvi Beynəlxalq Forumunda iştirak ediblər -Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bakıda 24 noyabr 2021-ci il tarixindən 26 noyabr tarixinədək Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilir. Türk Ağsaqqallar Birliyi-TAİB-in Təşkilat Komitəsinin üzvləri təşkilatın rəhbərliyinin tövsiyyəsi ilə forumda iştirak ediblər. Bu gün forumda Azərbaycan şairinin özbək dilində çap olunan “Xəmsə”sinin təqdimatı keçirilib. Tədbirdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Özbəkistan Milli Universitetinin professoru Hamidulla Baltabayev, Özbəkistan Dövlət Universitetinin professoru Nigina Şermuhammedova, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Təhminə Bədəlova, Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, professor Kərimulla Məmmədzadə və mətbuat nümayəndələri iştirak edirdilər. Proqrama uyğun çıxış edənlər vurğulayıblar ki, Nizami özü bir tərcüməçidir. Nizami insan ruhunu, onun tutduğu yolu tərcümə edir. O, insanın haradan gəlib, haraya gedəcəyini öyrədir. Böyük şair həmçinin bu bölgədə yaşayan türkdilli xalqları da birləşdirib: “Bu layihə Nizami irsinin Özbəkistanda daha geniş yayılması üçün çox əhəmiyyətlidir. Tərcümə birbaşa orijinaldan edilib və bu da əsərin bədii dəyərinin qorunub saxlanılması deməkdir. Əlişir Nəvai də Nizami Gəncəvi də bizim ortaq mədəniyyətimizin böyük zirvələridir”. Daha sonra mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev “Xəmsə”nin özbək dilinə tərcüməsində əməyi olan şəxslərə və Özbəkistandan forumda iştirak edən nümayəndə heyətinin üzvlərinə, Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanova “Nizami Gəncəvi – 880” xatirə nişanını təqdim edib. Professor Nigina Şirmuhammedova öz növbəsində Azərbaycan-Özbəkistan dostluğunu simvolizə edən, üzərində Nizami Gəncəvi və Əlişir Nəvainin portretləri həkk olunmuş güldan və xalqlarımızın tarixindən bəhs edən kitabları Elnur Əliyevə hədiyyə edib. Professor Erkin Nuriddinov da Özbəkistanın tarixini əks etdirən kitabları nazirin birinci müavininə təqdim edib. Qeyd edək ki, Türk Ağsaqqallar Birlıyinin İdarə Heyətinə namizəd, özbək alimi, şair Akif Azalp da sözügedən tədbirdə çıxış edib, TAİB-in adından qonaqlara minnətdarlığını bildirən ağsaqqal, özbək elm adamlarına “Türk dünyası ağsaqqalları” qəzetinin son buraxılışını təqdim edib. Formda iştirak edən özbək elm adamları həm də Türk Ağsaqqallar Birliyinin fəxri üzvülüyünə qəbul ediliblər.

Mətbuat xidməti

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR