Türk Ağsaqqallar Birliyi-TAİB-in təsisçisi mükafatlandırıldı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Nizami rayonunun ictimai həyatında və mədəni inkişafında fəal iştirak edən, xüsusilə də COVİD-19 pandemiyası zamanı, eləcə də Vətən müharibəsi dönəmində qazilərə, müharibə iştirakçılarına və şəhid ailələrinə yönəlik tədbirlərə verdiyi əhəmiyyətli dəstəyə, 27.09.2021-12.11.2021-ci il tarixlərində Vətən müharibəsinin I ildönümü münasibətilə rayonda keçirilmiş bütün tədbirlər üzrə xüsusi fəallığına görə Missiya Media Qrupunun rəhbəri, Türk Ağsaqqalları Birliyi – TAİB-in təsisçisi Əhmədov Ramin Sərdar oğlu Nizami Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanla təltif edilib. Fəxri fərman noyabrın 20-də Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında partiyanın təsis edilməsinin 29-cu ildönümünə həsr edilmiş “Qalib ölkənin qələbələr partiyası YAP 29 ildə” mövzusunda keçirilmiş tədbirdə təqdim olunub.
Təbrik edirik!

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR