Türk Ağsaqqalları Birliyi Yeni Azərbaycan Partiyasını təbrik edir
21 noyabr tarixi Azərbaycanda ən mühüm hadisənin baş verdiyi gündür. Yeni Azərbaycan Partiyasının yaranması şərq tarixində böyük dönüş nöqtəsi oldu.
“91-lər”in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılan, 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiya öz gücünü, qüdrətini əməli işlə göstərdi.
ş
Cənubi Qafqazın ən böyük siyasi partiyası olaraq qəbul edilən, qələbələri, zəfərləri ilə xalqın partiyası olan, nümunəvi, zəngin, şərəfli inkişaf yolu keçən, siyasi ləyaqət etalonu yaradan, siyasi mübarizənin sivil, konstruktiv formasını təqdim edən Yeni Azərbaycan Partiyasının təsis olunmasının 29-cu ildönümüdür. Bu münasibətilə Türk Ağsaqqallar Birliyi olaraq başda partiyanın sədri, möhtərəm prezidentimiz cənab İlham Əliyev olmaqla hər bir partiya üzvünü təbrik edir, onlara can sağlığı, fəaliyyətlərində uğurlar arzu edirik. Bizə Qarabağı yenidən bəxş edən, Azərbaycanı lider ölkəyə çevirən, Ulu Öndərin vəsiyyət və tapşırıqlarını ləyaqətlə yerinə yetirən Ali Baş Komandana türk ağsaqqalları adından dərin təşəkkürümüzü bildiririk.
Yeni Azərbaycan Partıyası -dünənin, bu günün və sabahın partiyasıdır! Allah ulu öndərimizə qəni-qəni rəhmət eləsin!
Yaşasın Azərbaycan!
Eşq olsun Ali Baş Komandanımıza!
Hörmət və ehtiramla,
Sudeif İmamverdiyev,
akademik, Türk Ağsaqqallar Birliyi-TAİB-in sədri