Ramin Əhmədov: “Ulu öndər Azərbaycan gəncliyinin, onun qurub yaratdığı partiyanın davamçılarının qəlbində əbədi yurd salıb“
-
“Bu gün Yeni Azərbaycan Partiyasının yarandığı gündür. Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun miras qoyduğu azadlıq və yenidən qurduğu Azərbaycan Respublikası, Yeni Azərbaycan Partıyası bizimlədir. Bu günki Azərbaycan gəncliyi Ulu öndərin qoyub getdiyi ideyaların ən güclü daşıyıcılarıdır. Onun siyasi kursunu layiqincə davam etdirən azərbaycanlı gənclər, Heydər Əliyevi böyük məhəbbət və iftixarla anırlar”.
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini, Türk Ağsaqqalları Birliyi-TAİB-in təsisçisi Ramin Əhmədov Agsaqqallar.az saytına açıqlamasında bildirib. O qeyd edib ki, Ulu öndər Azərbaycan gəncliyinin, onun qurub yaratdığı partiyanın davamçılarının qəlbində əbədi yurd salıb: ” Müasir Azərbaycan tarixinin önəmli bir mərhələsi Ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. Ölməz, əbədi yaşar Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim uca tutmuşdur.
Ramin Əhmədov onu da vurğuladı ki, Ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti onu göstərir ki, o başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı təfəkkürə, yüksək analitik təfəkkürə və yenilməz iradəyə malik siyasətçi idi. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir. Onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı Ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir.
“Azərbaycan Heydər Əliyev xətti ilə irəliləyir. Heydər Əliyev dahi siaysətçi, uzaqgörən, müdrik dövlət xadimi olmaqla yanaşı, həm də böyük vətəndaş, milli xüsusiyyətləri özündə birləşdirən, öz xalqını vətənini əsl övlad məhəbbəti ilə sevən, şüurlu həyatını, xalqının, yurdunun yolunda əridən bir insan kimi xatirələrdə yaşayır və yaşayacaqdır. Bütün YAP-çıların bayramını təbrik edirəm!”- deyə R. Əhmədov fikrini tamamlamışdır.