Türk Ağsaqqallar Birliyinin fəxri üzvü, tanınmış yazar Şemsettin Kuzeçinin yeni kitabı çapdan çıxıb

Türk Ağsaqqallar Birliyinin fəxri üzvü, İH-ə namizəd, İraq-Türkmən Jurnalistlər Birliyinin başqanı sayın Şemsettin Kuzeçinin Türkmen Milli Takımınınyaradılmasının 50 illiyinə həsr olunmuş kitabı işıq üzü görüb. Kitab türkmən iş adamı Ömer Köptülünün maddi-mənəvi dəstəyi ilə ərsəyə gəlib.
Qeyd edək ki, Şemsettin Kuzeçi bir çox kitabların müəllifidir. O, Türk dünyası və dövlətlərarası konqres, qurultay, konfrans, elmi işlərdə İraq türklerini təmsil edir. Xidmətlərinə görə 300-ə yaxın, Türk dünyasından, Azərbaycandan və beynəlxalq təşkilatlardan orden, medal və müxtəlif mükafatlar alıb. Onun Türk dünyası ölkələrinin mətbuatında davamlı elmi, publisist məqalələri dərc olunur.