Tibb üzrə fəlsəfə doktoru İlqar Yusibov: “44 gün – əsl birliyin təcəssümü idi”            

Yazı fontunu küçültür Yazı fontunu büyütür

    

Fransız yazıçısı Jak Amyot deyir ki, ədalətin hakim olduğu yerdə silahın yeri yoxdur.  Ədalətin pozulduğu yerdən isə mütləq silah səsi gələcək. Azərbaycanlılar uzun illər ədalətsizliklə üz-üzə qaldı. Dünya Birliyi də buna göz yumdu. Erməni vandalizminin törətdiyi ağır cinayətlər cavabsız qaldı. Qərinə boyu azərbaycanlılar inadla haqq uğrunda mübarizə apardılar. Və nəhayət Ermənistan ordusunun  sonuncu hücumu artıq dözülməz həddə çatmışdı. Nöqtə qoymanın zamanı çatmışdı. 27 sentyabrda başlayan əks-hücum 44 gün ərzində Zəfərlə yekunlaşdı. Qarabağ düşmən tapdağından azad olmuşdu. Möhtərəm prezidentimizin təbirincə desək, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır. Dedik və elədik! Çünki biz haqlı idik! Biz öz torpağımız uğrunda vuruşurduq, öz torpağımız uğrunda can fəda edir, şəhid verirdik!  Düşmən arxasına baxmadan qaçdı. Çünki ermənilər hər zaman qorxaq millət olublar. Dahi şair A. Puşkin bir cümlə ilə onların xarakter müəyyənliyini verib:“Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən”.

Bizim  dövlətimiz  həmişə sülh tərəfdarı olub. Hər zaman da bu missiyanı yerinə yetirməyə çalışıb. Biz münaqişələrdən qaçaraq əmin -amanlığın tərəfdarı olmuşuq.Azərbaycan dünyada ən humanist ölkə kimi tanınır.  Amma çox təəssüf ki, qəsbkar qonşularımız  bundan sui-istifadə edərək, bizə müharibədən başqa yol qoymadılar.  Əgər onlar işğal etdikləri Qarabağ torpağından  xoşluqla çəkilsəydilər, hərbə ehtiyac qalmazdı. Onlar daha da azğınlaşaraq, “Dəmir yumruq”un göyə qalxaraq başlarına enməsinə səbəb oldular. Dünyada ən yumşaq şey sudu, onun da səbri daşanda bəndi-bərəni ağzına alıb aparır. Bizim də səbrimiz daşdı.  Azərbaycanın apardığı bu  müharibə müqəddəs müharibə-Vətən müharibəsi idi! Vətən uğrunda idi! Günahsız ahıl, qoca, uşaqların ahından doğmuşdu. Ər meydanında Türk savaşırdı! Bütün dünya azərbaycanlıları birləşmişdi! Türk qardaşlarımız səsimizə səs verirdi! Qardaş Türkiyə bir daha sübut etdi ki, Azərbaycan tək deyil! Türk oğlu qorxaq deyil! Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli və duyğu­sal çıxışı türklüyün bu müharibədə qazanılan qələbəyə münasibətinin ifadəsi olaraq tarixə düşdü. 44 gün – əsl birliyin təcəssümü idi!

Azərbaycan əsgəri cəmi 44 günə məsələni həll elədi! Düşməni torpaqlarımızdan qovdu. Biləyində  türkün gücü, ruhunda “Cəngi” havası olan igidlərimiz dünyanı heyrətə gətirdilər! Qələbəyə imza atıldı! Qələbə ilə bitməsi də  tarixin məntiqi yekunu oldu.Və həkim kimi bunu səngərdən izləmək mənim üçün böyük qürur, böyük şərəf idi! Bu qələbə Azərbaycan xalqının bütün ruhunu dəyişdi, vüqarını artırdı, başını uca etdi, xalqımızın milli ləyaqət hissini daha yüksək mərtəbəyə çatdırdı. Azərbaycan tarixində bundan böyük qələbə olmayıb.

30 ilə yaxın erməni əsarətində olan torpaqlarımızın Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu diplomatiyası, müdrik siyasəti sayəsində və nizami Azərbaycan Ordusu tərəfindən azad edilməsi xalqımızın tarixində qələbələrin, zəfərlərin ən ucasında dayanır.

Artıq Qələbəmizin ildönümündəyik. Qarabağda yurdlarımız  gündən-günə çiçəklənir, dirçəliş  fərəh verir. Tez bir zamanda Şuşada “Xarı bülbül” Festivalının  keçirilməsi, hava limanların açılışları möhtərəm prezidentimizin səmərəli əməyinin bəhrəsidir.

Qarabağ Azərbaycandır!

Azərbaycansa candır!

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm!

Bir canımız var, o da sənə fəda, can Azərbaycan!

 

İlqar Yusibov,

tibb üzrə fəlsəfə doktoru , “Xəzər Klinikası”nın baş həkimi

 

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR