Adı ölkənin  idman tarixinə düşən Pərvin Məmmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

 

Tokio -2020 Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandıran, adı ölkənin idmanı tarixinə düşən Pərvin Məmmədovu Milli Məclisin deputatı Səbinə Xasayeva və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev qəbul edib.

Milli Məclisin deputatı Səbinə Xasayeva və YAP-ın Qaradağ rayon təşkilatının sədri Qafar Əliyeviyirmi altı yaşlı idmançını Azərbaycan komandasının Paralimpiadada pauerliftinq üzrə ilk medalı qazanması münasibətilə təbrik etmiş,  iki dəfə Avropa, iki dəfə Dünya kuboku yarışlarında,dəfələrlə beynəlxalq yarışlarda Azərbaycan bayrağın dalğalandırdığına, Tokio -2020 Yay Paralimpiya Oyunlarında göstərdiyi əzmkarlığa və mətin iradəyə görə təşəkkür etmiş, gənc idmançının növbəti yarışlarda uğurlarını davam etdirəcəyinə möhkəm əmin olduqlarını  bildirmişlər.

Pauerliftiq idman növü üzrə milli komandanın üzvü Pərvin Məmmədov bildirib ki, (-49 kq çəkidə) 156 kq ağırlıq qaldıraraq Tokio -2020 XVI Yay Paralimpiya Oyunlarında Azərbaycanın idman tarixində ilk dəfə olaraq idmanın bu  növü üzrə medal qazanıb. Bu qələbəyə kimi Pərvin Məmmədov İki dəfə Avropa çempionu olmuş, iki dəfə Dünya kubokunu qazanmış, dəfələrlə beynəlxalq yar;şların qalibi adına layiq görülmüşdür.

O bu qələbələrin qazanılmasında Azərbaycanın Prezidenti Cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın  paralimpiadaçılara göstərdikləri diqqət və qayğını yüksək qiymətləndirmış və onlara idmançı dostları adından dərin minnətdarliğini bildirmişdi. Fransada keçiriləcək növbəti Paralimpiadadan qızıl medalla qayitması üçün indidən ciddi məşqlərə başladığını qeyd etmiş və qəbula görə öz təşəkkürünü bildirmişdir.

Görüşdə idmançının atası və  məşqçisi Rasim Məmmədov iştirak etmişdir.Sonda xatirə şəkilləri çəkdirilmişdir.

  

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR