Azər Kərimli:”Hadrut zəfəri düşməni sındırdı”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bir zamanlar hər birimizə mənəvi əzab verən, ruhumuzu sarsıdan işğal günlərinin xatırlanması ənənəsi geridə qalıb və bir 30 ilə yaxın bir müddət ərzində Ermənistanın işğalı altında qalan torpaqlarımızın Müzəffər Ordumuzun qəhrəman əsgər və zabitlərinin fədəkarlığı nəticəsində azad edilməsinin birinci ildönümünü yaşayırıq.

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

Deputat ildönümünü yaşadığımız Vətən müharibəsinin hər gününün xalqımızın qəhrəmanlıq səlnaməsi olduğunu bildirib:

“Vətən müharibəsinin hər anı hərb tarixinə qızıl hərflərlə yazılacaq misilsiz qəhrəmanlıq nümunələrilə zəngindir. 44 gün davam edən müqəddəs savaş güclü, qətiyyətli liderə sahib olan bir xalqın milli birliyinin, bütövlüyünün, Vətən sevgisinin, mərdliyinin, vətənpərvərliyinin simvoludur. Bu baxımdan, Azərbaycan Prezidentinin yaşayış məntəqələrimizin işğaldan azad edildiyi tarixi günlərin ildönümlərində bu məntəqələrə səfər etməsi, uzun illər ərzində erməni tapdağında olan yurd yerlərindən didərgin salınmış həmvətənlərimizlə onların doğulub başa çatdığı torpaqlarda görüşməsi nəticəsində yenidən o günlərə qayıdır, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun keçdiyi yoldan, nümayiş etdirdiyi əzamkarlıqdan qürur duyuruq”.

 

Azər Kərimlinin sözlərinə görə, Prezident İlham Əliyevin Xocəvənd rayonunun Hadrud qəsəbəsinə və Tuğ kəndinə səfəri, bir il öncə misilsiz  qəhrəmanlıqla azad edilmiş bu ərazilərdə müqəddəs Azərbaycan bayrağını yenidən dalğalandırması, təkcə torpaqlarımıza deyil, həm də Böyük Zəfərimizin nəticələrinə də sahibləndiyimizi, əminliklə milli hədəflərimizə doğru irəlilədiyimizi nümayiş etdirir.

Azər Kərimli Hadrut əməliyyatının 44 günlük müharibənin gedişatında əsas dönüm nöqtələrindən biri olduğunu vurğulayıb:

“Cənab Prezidentin də qeyd etdiyi kimi, Hadrutun işğaldan azad edilməsi çox böyük fədakarlıq, peşəkarlıq tələb edib. Ermənilər Hadrutu alınmaz qala hesab edir və bu qəsəbənin üzərindən ən müxtəlif şəkildə informasiya təxribatı aparırdılar. Hadrutun alınması düşmənin psixoloji baxımından sınması demək idi. Məhz bu səbəbdən Ermənistan rəhbərliyi Hadrutun alınmasını ictimaiyyətdən gizlədir, qəsəbənin geri alındığı barədə yalan məlumatlar yayırdı. Hadrutda Azərbaycan bayrağının qaldırılması ilə bağlı videogörüntülər geniş şəkildə yayıldıqdan sonra, bu Ermənistan hakimiyyətinin yalan üzərində qurulan informasiya siyasətinə çox böyük zərbə vurdu və müharibənin sonrakı gedişatında ermənilərin obyektiv məlumat almaq üçün Azərbaycanın resurslarına müraciət etdikləri barədə çoxsaylı faktların ortaya çıxmasına zəmin yaratdı. Bu səbəbdən, Hadrutun azad edilməsini, həm də düşmənə informasiya sahəsində vurulan ən ağır zərbələrdən biri kimi də qəbul etmək olar”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR