Türkiyə parlamenti Paris İqlim Sazişini təsdiqlədi
Müvafiq qanun layihəsi yekdilliklə dəstəklənib.
Agsaqqallar.com Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə Böyük Millət Məclisi Paris İqlim Sazişini təsdiq edən qanun layihəsini qəbul edib. Bunu parlament səsverməsinin nəticələri göstərib.
Qeyd edək ki, 2015-ci ildə BMT çərçivəsində Paris İqlim Sazişini qəbul edilib. Saziş istixana qazı tullantılarının azaldılması və planetdə qlobal orta illik temperaturun 2100-cü ilə qədər sənaye öncəsi səviyyədən 2 Selsi dərəcə üzərində saxlanılması və istiliyin 1,5 dərəcə ətrafında saxlanılması üçün tədbirlər görülməsini nəzərdə tutur. Noyabr ayında Böyük Britaniya Qlazqoda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-26) 26-cı Konfransına ev sahibliyi edəcək.