Qırğızıstan Xalq Komissarları Şurasının birinci sədri Zhusup Abdraxmanovun Ankarada heykəli ucaldılıb

Ankarada yerləşən Türk Tarix Parkında Zhusup Abdraxmanovun heykəlinin açılış mərasimi olub. Mərasimdə türk dünyasının tanınmış ziyalıları da iştirak ediblər.
Ankarada Qırğızıstan Xalq Komissarları Şurasının birinci sədri Zhusup Abdraxmanovun heykəli ucaldılıb.
Qırğızıstan Respublikasının Türkiyədəki səfiri Kubanyçbek Omurəliyev və bələdiyyə sədri Etimesqut Enver Demirel Abdraxmanovun abidəsinə güllər qoyublar.
Qeyd edək ki, eyni parkda türkdilli dövlətlərin qurucularına da abidə ucaldılıb. Həmçinin bu il avqustun 29-da Türk Tarix Parkında Çingiz Aytmatovun abidəsinin ucaldıldığı açılışı olub. Türk Tarix Parkında 206 abidə var.
Oxşar Xəbərlər
- SMS icazə sistemi ilə bağlı dəyişiklik edildi
- Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi Nizami adına Daşkənd Dövlət Pedeqoji Universitetinin rektoru ilə görüş keçirlib
- Türk Aksakallılar Birliği’nden Kazakistan açıklaması… “Emperyalist güçler Türk birliğini vurmaya çalışıyor”