Haqqımızda Əlaqə

“Qəlbdən qələmə” oxucularla görüşə gəldi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Şair-publisist Tapdıq Əlibəylinin Bakı, “Elm və təhsil” nəşriyyatında  408 səhifəlik yeni kitabı işıq üzü görüb.

Şairin oxucularla növbəti görüşü olan “Qəlbdən qələmə” söz çələngində poetik çalar, mövzu rəngarəngliyi ilə zəngin, dərin düşüncə, tarixi-çağdaş gerçəkliyində zaman ovqatı və fəlsəfi, duyğusal motivlərlə süslənmiş şeirləri toplanmışdır.
Kitabda eləcə də müəllifin ziyalı taleyi, ədib dünyası, həyat kredosu, vətəndaş mövqeyi fonunda onun yaradıcılığına, şəxsiyyətinə işıq tutan ədəbi düşüncə-rəylər, elmi-publisistik məqalələr, resenziyalar, ithaf şeirləri və 60 illik yubileyi ilə əlaqədar olaraq şairə ünvanlı təbrik-fikirlər yer almışdır.

Qeyd edək ki, ədibin bu sayca 22-ci kitabıdır. O, həm də “Konstitusiya” qəzetinin Baş redaktoru, Azərbaycan Yazıçılar BirliyininAzərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifqının, Alimlər Evinin və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Təşəkkürnamə” və Diplomlarına layiq görülmüş Prezident təqaüdçüsüdür.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR