Babaxan Məhəmməd Şərif:”Türk Ağsaqqalları Birliyi təkcə Azərbaycana deyil, ümumtürk dünyasına böyük töhfələr verə bilər”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk dünyasının tanınmış şəxsiyyəti, özbək yazıçı, tədqiqatçı, Beynəlxalq Antik Dünya Elmi Akademiyasının doktoru, professor Babaxan Məhəmməd Şərif Azərbaycanda yeni yaradılan ictimai təşkilat – Türk Ağsaqqalları Birliyi (TAİB) barədə təşkilatın əməkdaşları ilə onlayn fikir mübadiləsi aparıb. Professor bu cür təşkilatın yaradılmasının böyük əhəmiyyətindən danışıb. O, qeyd edib ki, türk ağsaqqallarını bir araya gətirmək əzmində olan bu təşkilat təkcə Azərbaycan üçün deyil, ümumən türk dünyasına böyük töhfələr verə bilər.

Azərbaycanda sevilən özbək yazıçısı bu yöndə Özbəkistan nümayəndəsi olaraq hər bir layihəyə, hər bir işə böyük dəstək verəcəyini, Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin genişlənməsində göstərdiyi xidmətlərdən söz açaraq, təkcə ədəbi sahədə deyil, bütün sahələrdə fəal iştirak edəcəyini söylədi.

“Türk dövlətləri arasındakı əlaqələrin  həm siyasi, həm mədəni əlaqələrini daha da genişləndirmək bizim ən böyük məqsədimizdir. Hələ görüləcək işlərimiz çoxdur, gələcək nəsillər bizim  başladığımız bu işləri davam etdirəcəklər”-deyə Türk dünyasının tanınmış şəxsiyyəti bildirib .

Mətbuat xidməti

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR