Bir daha Ali Baş komandanımla qürur duydum

Yazı fontunu küçültür Yazı fontunu büyütür

24 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti,cənab Ali Baş Komandan İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya Oborona“ jurnalına müsahibə vermişdir.Möhtərəm Prezidentimiz müsahibə zamanı 44 günlük Vətən müharibəsinin labüd olma səbəbini,Azərbaycan əsgərinin sücaətinin,qəhrəmancasına düşmən üstünə əlbəyaxa girməsinə ruh verən səbəbləri,müharibənin nəticələrini,Kapitulyasiya Aktının detallarını,Rus sülhməramlılarının rolu haqqında çox aydın və məzmunlu şəkildə mənzərəsini vermişdir! Jurnalistin suallarına çox sərrast və arqumentli əsaslarla cavabı zamani Prezidentimiz bir neçə vacib məqamları çox peşəkarcasına şərh edir:
-Azərbaycan Ordusu 44 günlük müharibədə dayanmadan irəlilədi,ona görə ki,bizim nizami ordumuz bu müharibəyə həmişə hazir idi.Qəbul olunan çevik qərarlar peşəkar komandanlıq tərəfindən verilirdi.Ordu arxasında on milyonluq xalqın durduğunu görürdü!
–İlk günlərdə əldə edilən uğurlar Orduda və Ümumxalq birliyində çox böyük ruh yüksəkliyi yaratdı.
–Zəfəri təmin edən ugurlu əməliyyatlar peşəkar komandanlıq tərəfindən hazırlandı və ermənilərin gözləmədiyi istiqamətlərdən hücum edildi.
–Pilotsuz uçuş aparatlarının imkanlarından səmərəli istifadə edildi, “Bayraktar“larımız düşmənin ən çox qorxduğu əzrayıla çevrilmlşdi.
–Müdafiə Nazirliyindən başqa yeddi hərbi qurumun xüsusi təyinatlı qüvvələri mühüm əməliyyatları,xüsusilə də ŞUŞA əməliyyatının keçirilməsində həlledici rol oynadılar.
–Möhtəşəm Şuşa əməliyyatından sonra məğlub olduğunu dərk edən düşmən üçtərəfli Bəyannaməyə imza etməyə məcbur oldu və heç bir güllə atılmadan Kəlbəcər,Laçın və Ağdam rayonlarının nail olundu.
–Müharibə zamanı hansı tərəfin beynəlxalq norma və prinsiplərə əməl etməklə müharibə apardığı aydın oldu,belə ki,gecə vaxtı Gəncə və Tərtər şəhərlərinə raket atmaqla günahsız insanların ölümünə səbəb olanlar ermənilər idi.Erməni vandalizminin sübutu Agdamın,Zəngilanın,Qubadlının,Füzulının,Cəbrayılın və neçə-neçə kənd ,qəsəbələrimizin yerlə yeksan edilməsi faktıdır.Beynəlxalq hüquq buna qiymət verməli və təzminat ödənilməsi təmin edilməlidir.
–Ən əsası “Dağlıq Qarabağ“ adlı inzibati ərazi vahidi yoxdur, “Şərqi Zəngəzur“ iqtisadi rayonu vardır.
Möhtərəm Prezidentimiz həmişə olduğu kimi, bu müsahibəsində də dərin siyasi analiz bacarğı və milli-mənəvi kökümüzə bağlı olduğunu, bu torpağın hər qarışının hər bir vətən övladı üçünnə qədər qiymətli olduğunu on milyon vətəndaşın qəlbindən keçən formada təqdim etdi! Bir daha Ali Baş Komandanımla qürur duydum!

Nizami rayonu, 229N-li məktəbin riaziyyat müəllimi Nəriman Əliyev

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR