Haqqımızda Əlaqə

“Qələbəmizin kökündə Prezidentin qətiyyəti, Ordumuzun qüdrəti və xalqımızın birliyi dayanır” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Ötən il sentyabrın 27-də Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun  erməni təcavüzünə qarşı əks-hücum əməliyyatına başlaması 30 illik işğala son qoyulması ilə nəticələndi. Ölkə başçısı siyasi fəaliyyətinin bütün dövrlərində Azərbaycan xalqının işğalla barışmayacağını, nəyin bahasına olur-olsun torpaqlarımızı azad edəcəyini bəyan edirdi. Ali Baş Komandan xalqa verdiyi bütün sözləri tutduğu kimi, Qarabağla bağlı səsləndirdiyi bəyanatların da əməldə icrasına nail oldu. Xüsusilə qeyd etməliyik ki, bu qələbənin, erməni təcavüzünün məhv edilməsinin kökündə milli birliyimiz, Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı və yürütdüyü düşünülmüş siyasət, güclü ordunun yaradılması dayanır. Azərbaycan xalqı şanlı qələbəni bizə yaşadan Vətən Müharibəsi şəhidlərini böyük ehtiramla anır”.

Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) İdarə Heyətinin sədri Ramin Əhmədov 27 sentyabr – Anım Günü ilə bağlı danışarkən deyib.

Ramin Əhmədov bildirib ki, Vətən Müharibəsinin başlaması və Ordumuzun qələbəsi ilə başa çatması təkcə torpaqlarımızın geri qaytarılması deyil, ilk növbətə məğlub xalq sindromundan qurtulmamızla nəticələndi. 

“Azərbaycan müsəqillik qazanan kimi başlayan qanlı müharibə yeni yaranan Respublikanın ağır məğlubiyyəti, Qarabağın itirilməsi ilə nəticələndi. Təbii ki, Azərbaycanın qat-qat özündən zəif dövlət qarşısında məğlub vəziyyətə düşməsi xalqımızın yaddaşında dərin izlər qoymuşdu. Azərbaycan xalqı 30 ilə yaxın müddətdə qisas hissi ilə yaşadı. Nəhayət qisas günü gəlib çatdı. Xalqımız bizə qarşı vəhşiliklər törədən Ermənistandan qisasını aldı. İndi başımız ucadır! Milli ləyaqətimiz bərpa olunub! Biz Müzəffər xalq və qalib Dövlətik!”

Ermənistanın insanlıq əlyehinə cinayətlərindən danışan Ramin Əhmədov qeyd edib ki, düşmənin xalqımıza qarşı vəhşiliyi milli birliyimizi sarsılda bilmədi. 

“Düşmən müharibə zamanı şəhərlərimizi, kəndlərimizi qadağan olunmuş silahlarla atəşə tutmaqla xalqımızda vəhimə yaratmağa, bizi yolumuzdan döndərməyə çalışdı. Amma milli birliyimiz, Prezidentin ətrafında sıx birləşməyimiz düşmənin planlarını alt-üst etdi. Düşmənin mülki əhaliyə amansız hücumları Ordumuzda, xalqda qisas hissini daha da artırdı. Gəncə, Bərdə, Tərtər şəhərlərinə raket hücumlarına ən qısa zamanda layiqli cavab verildi. Düşmən bir daha gördü ki, Azərbaycan xalqının öz Liderinə və Ordumuza böyük inamı var. Bu inam bizi qələbəyə kökləyirdi!”

Ramin Əhmədov bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbə  Azərbaycan xalqını məğlub xalq sindiromundan çıxarmaqla yanaşı, regionda yeni reallıqların yaranması ilə nəticələnib.

Prezident İlham Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində Azərbaycanın bir nömrəli probleminin Qarabağ münaqişəsi olduğunu xalqın, beynəlxalq təşkilatların diqqətinə çatdırırdı. Nəyahət, zaman yetişdi və Azərbaycan xalqının bir nömrəli problemi də həll olundu. Artıq xalqımızın ərazi bütövlüyü problemi yoxdur. Ümumiyyətlə Azərəbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Heç bir qüvvə həll olunmuş münaqişəni yenidən alovlandıra bilməz. Prezident də açıq şəkildə bəyan edib ki, kimsə Dağlıq Qarabağ adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin. Ölkə başçısının səsləndirdiyi fikirlər bir daha sübut edir ki, heç bir güc Azərbaycana öz iradəsini qəbul etdirə bilməz. Azərbaycan müstəqil dövlətdir və öz qərarlarını milli maraqlarına uyğun qəbul etmə gücündədir! Ermənistan isə tarixinin ən ağır məğlubiyyətinə uğrayıb. Biz erməni faşizmi üzərində qələbə çalmışıq. Azərbaycan erməni faşizminin bir daha baş qaldırmasına imkan verməyəcək. Ali Baş Komandan İlham Əliyev və onun rəhbərlik etdiyi qalib Ordu Azərbaycanın dövlətçiliyinə və təhlükəsizliyinə təhdid yaradacaq bütün revanşist həmlələrin qarşısını almağa qadirdir və hazırdır!”

Missiya.Az 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR