Ötən gün erməni mətbuatında Gorus-Qafan yolunun Zeyvə-Şurnux yaşayış məntəqələri arasında yerləşən hissəsində Azərbaycan tərəfinin kameralar yerləşdirdiyinə dair məlumatlar paylaşılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə təyin olunan polis postları xidmətin tələbinə və qarşıda duran vəzifələrin icrasına uyğun olaraq təchiz edilir.