Daha beş qazimiz Türkiyəyə müalicəyə göndərildi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ağır yaralanan daha beş qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fonddan verilən məlumata görə, müalicəyə gedən qazilərimiz İdrisov Ərşad Rafiq oğlu, Misirzadə Rahib Mübariz oğlu, Əmənli Nurlan Şirzad oğlu, Səmədov Ceyhun Eldar oğlu və Əzizli Səddam Nazim oğludur.

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 131 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 81-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və vətənə qayıdıblar.

Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün portal istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçidə daxil ola bilərsiz.

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR