Paralimpiya Oyunları: İdmançımız uzunluğa tullanmada Azərbaycana növbəti medalı qazandırdı
![](https://agsaqqallar.com/wp-content/uploads/2021/08/fb37dc94-ebad-4194-acfb-071a088cda89.jpg)
Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan 13-cü medalı qazanıb.
Səid Nəcəfzadə atletikanın uzunluğa tullanma növündə (T12 kateqoriyası) 7.03 metr nəticə göstərib.
Bu nəticə ona bürünc medal qazanmağa kömək edib.
Qeyd edək ki, bununla da Azərbaycanın medallarının əyarı 9 qızıl və 4 bürüncdən ibarət olub. Komandamız hazırda medal sıralamasında yeddinci yerdədir.