Leyla Abdullayeva: “Ermənistan azərbaycanlıların girov götürülməsi təcrübəsindən geniş şəkildə istifadə edib”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycan hökuməti Birinci Qarabağ Müharibəsində itkin düşən azərbaycanlılarla bağlı məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır”.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistanın təcavüzü nəticəsində itkin düşən azərbaycanlılarla bağlı keçirilən konfransda deyib.

O bildirib ki, Ermənistanın aqressiyası nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb.

“Ermənistan təcavüz nəticəsində azərbaycanlıların əsir və girov götürülməsi təcrübəsindən geniş şəkildə istifadə edib”,- deyə o əlavə edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR