XİN Qazaxıstanda baş verən partlayışla bağlı başsağlığı verdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstana başsağlığı verib.

Bu barədə XİN-in “Twitter” səhifəsində məlumat yayılıb.

“Qazaxıstanın Jambıl bölgəsinin cənubunda hərbi anbarda partlayış xəbəri bizi kədərləndirdi. Bu faciəvi hadisənin qurbanlarının ailələrinə başsağlığı verir, bütün yaralıların tezliklə sağalmasını diləyirik”, – deyə məlumatda qeyd edilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR