Prezidentin köməkçisi: “Xəstəxanaların dolma əmsalının yüksək olduğunu hiss etsək, məhdudlaşmalara gediləcək”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Operativ qərargahın bu günə olan məlumatına görə, vəziyyət nəzarət alında saxlanılır. Hər hansı bir məhdudiyyətə, sərtləşdirilməyə getməyə ehtiyac yoxdur”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, bu, xəstəxanalarımızın kifayət qədər xəstə qəbul etmə imkanı ilə əlaqədardır:

“Xəstəxanalarda gərgin iş rejimi var, həkimlər işləyir. Bu gün xəstələnənlərin öhdəsindən gələ bilirik. Lakin hiss etsək ki, xəstəxanalarda dolma əmsalı yüksəkdir və həkimlər çatdıra bilmir, o zaman operativ qərargahda növbəti addımlarda məhdudlaşmalara gedilməsi müzakirə gedilə bilər”.

O qeyd edib ki, vaksin effektivliyi heç kəsdə şübhə doğurmamalıdır: “Bu, artıq nəzəriyyə deyil, faktdır”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR