Qazaxıstanda Dəmir dövrünə məxsus qalıqlar tapılıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qazaxıstanın Aktobe vilayətində aşkarlanan Erkən Dəmir dövrünə aid qəbiristanlıqda, E.ə. 6-5-ci illərə işıq tutan daş qurbangah və qızılla işlənmiş mərasim qılıncı tapılıb.

Qazaxıstanın Aktobe vilayətində aşkarlanan Erkən Dəmir dövrünə aid qəbiristanlıqda, E.ə. 6-5-ci illərə işıq tutan daş qurbangah və qızılla işlənmiş mərasim qılıncı tapılıb.

Aktobe əyalət qubernatorluğundan verilən açıqlamaya görə, əyalətin Muğalcar bölgəsində yerləşən Dəmir dövrü qəbiristanlığında bir ay əvvəl arxeoloji qazıntılar başlayıb.

Ölkənin əhəmiyyətli arxeoloqlarının iştirakı ilə aparılan qazıntılar zamanı Erkən Dəmir dövründə köçəri xalq olan sarmatların istifadə etdiyi və E.ə. VI-V əsrlərə işıq tutan daş qurbangah və qızılla işlənmiş mərasim qılıncı aşkar edilmişdir. Bundan əlavə, bürünc güzgülər, qızıl toqqalar və digər əntiq əşyalar da tapılıb.

Əyalət valisi Ondasın Urazalin bölgənin tarixi və mədəniyyəti üçün əhəmiyyətli olan arxeoloji qazıntıların davam edəcəyini və lazımi dəstəyi verəcəklərini söyləyib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR