Haqqımızda Əlaqə

“Mehriban xanımın Prezidenti müşayiət etməsi, səfərlərə xüsusi rəng qatır” – Ramin Əhmədov“Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri davam edir. Cənab Prezident bu günə qədər Şuşa, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Xocavənd, Hadrud, Laçın və Kəlbəcər rayonlarında səfərdə olub. Ölkə başçısının qeyd edilən ərazilərə hər səfəri fərqli və səmimi görüntülərlə yadda qalır. Prezidentin füsunkar təbiətə malik Kəlbəcər rayonuna səfəri də məhz belə oldu. Ölkə başçısının işğaldan azad olunmuş rayonlara gedərkən onu ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın müşayiət etməsi səfərlərə xüsusi rəng qatır”. Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri barədə danışarkən deyib.

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri davam edir. Cənab Prezident bu günə qədər Şuşa, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Xocavənd, Hadrud, Laçın və Kəlbəcər rayonlarında səfərdə olub. Ölkə başçısının qeyd edilən ərazilərə hər səfəri fərqli və səmimi görüntülərlə yadda qalır. Prezidentin füsunkar təbiətə malik Kəlbəcər rayonuna səfəri də məhz belə oldu. Ölkə başçısının işğaldan azad olunmuş rayonlara gedərkən onu ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın müşayiət etməsi səfərlərə xüsusi rəng qatır”.

Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri barədə danışarkən deyib.

Ramin Əhmədov bildirib ki, cənab Prezident və Mehriban xanım Əliyeva cəmiyyətimizə nümunə olacaq ailə modeli qurublar. Onarın bir-birilərinə səmimi münasibəti, dövlət başçısının ailəsinə olan  ümumxalq sevgisini daha da artırır:

“Prezident və xanımının işğaldan azad olunmuş ərazilərə hər səfəri Azərbaycan xalqına böyük ruh verir, qürur hissi yaşadır. Cəmiyyətimiz Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın səmimiyyətini və sadələyini xoş qarşılayır. Ən diqqətçəkən məqamlardan biri Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevlə ən çətin coğrafi quruluşu olan şəhər və rayonlara birgə səfər etməsidir. Mehriban xanım hər zaman Prezidentlə çiyin-çiyinə dayanır, ölkə başçısı xalqımız üçün taleyüklü məsələlərlə bağlı qərar verərkən ona dəstək nümayiş etdirir. Prezident və xanımının bir-birinə qarşı səmimi münasibəti və sıx birliyi onları Azərbaycan cəmiyyəti üçün daha da doğmalaşdırır”.

Səfərlər zamanı Mehriban xanımın sosial şəbəkələr vasitəsi ilə işğaldan azad olunmuş ərazilərdən paylaşdığı videolara diqqət çəkən Ramin Əhmədov bildirib ki, birinci xanımın bu səmiyyəti, çəkdiyi təbii kadrlar, Prezidentlə səmimi söhbəti izləyicilər tərəfindən böyük heyranlıqla qarşılanır.

Media Qrup rəhbərinin sözlərinə görə, Mehriban xanımın etdiyi paylaşımlarda xalqa böyük sevgi hissi duyulur:

“Ümumiyyətlə, Prezidentimizin və Mehriban xanımın bütün davranışları insanlarımız üçün nümunədir.  Görünən odur ki, Mehriban xanım Dövlət başçısının həm yaxın dostu, həm silahdaşı, həm də sirdaşıdır. Bu, əsl azərbaycanlı ailəsinin modelidir”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR