" />

Azərbaycan Prezidenti: “Biz öz dədə-baba torpaqlarımıza Ermənistan faşizminin başını əzərək, şəhidlərimizin qanını alaraq qayıtdıq”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Ermənistanın məqsədinin status-kvonu əbədi etmək, bir qarış torpağı qaytarmamaq, məsələni uzatmaq idi. Onlar öz xarici havadarlarına güvənərək bunu 30 il ərzində həyata keçirirdilər. İstəyirdilər ki, bundan sonra da 300 il ərzində bunu həyata keçirsinlər”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərə səfəri zamanı çıxışında söyləyib.

Dövlət başçısı bildirib ki, Ermənistanda bu siyasətin onlara xeyir gətirəcəyini hesab edirdilər. “Hesab edirdilər ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməyəcək. Hesab edirdilər ki, bizi kimsə dayandıracaq. Onların himayədarları bizə, necə deyərlər, təsir göstərəcəklər, təzyiq göstərəcəklər. Ancaq bilmirdilər bütün Azərbaycan xalqı bir amalla yaşayır ki, işğala son qoyulsun, düşmən torpaqlarımızdan qovulsun və biz öz dədə-baba torpaqlarımıza qayıdaq və qayıtdıq. Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR