“Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edildi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev qanunu imzalayıb.

Dəyişikliyə əsasən, qanuna aşağıdakı məzmunda 23.2-1-ci maddə əlavə edilir:

“23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır”.

Dövlət başçısı bu qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR