Hikmət Babaoğlu: Azərbaycan xalqı bütün imkanları ilə türk xalqının yanında olmağa hazırdır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Qardaş Türkiyədə baş verən meşə yanğınları hər bir azərbaycanlıda  böyük təəssüf və kədər hissləri yaradıb. Azərbaycan xalqı qardaş türk xalqının bu faciəvi yanğının da öhdəsindən gələcəyinə inanır və bütün imkanları ilə onun yanında olmağa hazırdır”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, yanğından dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana baş vermiş faciədən dərin kədər hissi keçirdiyini və Azərbaycan hökuməti və xalqının  hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu vurğuladı. Eyni zamanda, dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığını ifadə etdi.

“Bundan dərhal sonra Azərbaycanın Baş nazir Əli Əsədov qardaş ölkənin vitse-prezidenti Fuad Oktayla əlaqə saxlayaraq Azərbaycanın hər cür yardım etməyə hazır olduğunu bildirdi. Hazırda isə Azərbaycan Respublikası Prezidentinin tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatların  ən qısa zamanda qardaş Türkiyəyə göndərilməsi istiqamətində tədbirlər görülür. Lazım olacağı təqdirdə həm texniki yardımın həcmi,  həm də şəxsi heyət sayının atırılması da nəzərdə tutula bilər. Türkiyə hər zaman Azərbaycanın yanında olduğu kimi Azərbaycan da həmişə qardaş Türkiyənin yanındadır! Təmənnamız odur ki, bir daha qardaş ölkədə belə kədərli hadisələr yaşanmasın və Türkiyə ilə Azərbaycan  yalnız sevincli günlərdə biri-birilərinin yanında olsun!”,-deyə millət vəkili qeyd edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR