Türkiyənin 57 bölgəsində alovlar nəzarət altına alınıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Türkiyə ərazisində iyulun 28 və 29-u başlayan meşə yanğınları ölkənin bir çox vilayətinin müxtəlif nöqtələrində hələ də davam edir.

Bununla bağlı qardaş ölkənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli məlumat verib.

Bildirilib ki, indiyədək 57 bölgədə yanğın nəzarət altına alınıb.

Ölkənin Adana vilayətində 20 ayrı yanğın faktı qeydə alınıb. Onlardan 14-ü söndürülüb. Bəzi rayonlarda alovlar yaşayış evlərinə yayılıb. Bir çox bölgədə əhali təxliyə edilib. Vilayətin Aladağ və Kozan rayonlarında 1705 nəfər təxliyə edilib.

Antalyada 10 yanğın faktı qeydə alınıb ki, onlardan dördü hələ də davam edir. Vilayətin Manavqat və Akseki rayonlarında çıxan yanğın bölgədə əsən güclü küləyin təsirindən qısa zaman ərzində geniş sahəyə yayılıb. Bu yanğında üç nəfər həlak olub, çox sayda yaşayış evi yararsız vəziyyətə düşüb.

Mersində baş verən yeddi yanğından dördü söndürülüb. Burada beş məhəllə olmaqla 695 nəfər təxliyə edilib.

Marmarisdəki yanğının da söndürülməsi işləri davam edir. Milas-Bodrum sərhədindəki Meşəlik məhəlləsində çıxan yanğın beş ulduzlu otelə yayılıb. Otel müştəriləri və işçiləri dəniz yolu vasitəsilə təxliyə ediliblər. Burada da bir nəfər həlak olub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR