" />
Haqqımızda Əlaqə

Serdar Ünsal:”Yanan ərazilərdən geriyə qalan dəhşətli mənzərələr ürək ağrıdır”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türkiyənin 21 şəhərində çıxan yanğınların bir çoxu söndürülüb və nəzarət altına alınsa da bizim ciyərimizdəki yanğın sönməyib”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında Türkiyə-Azərbaycan Dərnəyinin başqanı Serdar Ünsal deyib.
O, qeyd edib ki,  yanan ərazilərdən geriyə qalan dəhşətli mənzərələr ürək ağrıdır. Evsiz-eşiksiz qalan sakinlər acılarını  göz yaşlarına çevirib axıdırlar.
“Biz bunun təxribat olduğunu bilirik. Türkiyə güclü dövlətdir. Və güclü olaraq da qalacaqdır. Bütün faciələr və təxribatlar kimi bu acını da aşa biləcəyik. Və daha da güclü olmağa çalışacağıq!”-deyə S. Ünsal bildirib.
Qeyd edək ki, Azərbaycan dövləti və dünya azərbaycanlıları hər zaman olduğu kimi yenə də qardaş Türkiyənin yanındadı.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR