Hulusi Kılıç:”Allah ölkəmizi və Türk dünyasını bütün fəlakətlərdən, bəlalardan qorusun”.
“Ölkəmizdə baş verən meşə yanğınları içimizi yandırır. Ağciyərlərimiz yanır.Yanğında ölən vətəndaşlarımıza Allah rəhmət eləsin. Allah ölkəmizi və Türk dünyasını bütün fəlakətlərdən, bəlalardan qorusun”.Bu sözləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Agsaqqallar.com saytına açıqlamasında deyib.O, qeyd edib ki, hər zaman olduğu kimi ilk kömək qardaş Azərbaycandan gəlib.“Allah türk dünyasını qorusun! Turan ellər var olsun!”-deyə H. Kılıç bildirib.