Adil Əliyev:”Qardaş Türkiyədə baş verən dəhşətli yanğın bizi də dərindən sarsıdıb”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyə ərazisində iyulun 28 və 29-u başlayan meşə yanğınları ölkənin bir çox vilayətinin müxtəlif nöqtələrində hələ də davam edir. Azərbaycan qardaş Türkiyəyə dəstək verməkdə davam edir.
Bu məsələ ilə bağlı dəyərli millət vəkilimiz Adil Əliyev də öz Facebook səhifəsində daima qardaş Türkiyənin yanında olduğunu bildirib və yanğnda dünyasını dəyişənlərə başsağlığı verib.
“Qardaş Türkiyədə baş verən genişmiqyaslı, dəhşətli yanğınlar və onun faciəvi nəticələri barədə xəbərlər hər birimizi dərindən sarsıdıb. Hər zaman olduğu kimi, bu çətin günlərdə də Azərbaycan xalqı qardaş Türkiyə xalqının yanındadır, onun kədərini, ağrı və acısını bölüşür.
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan qardaş Türkiyə xalqına güc və səbir diləyirəm”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR