Haqqımızda Əlaqə

500-dən çox obyektdə karantin şərtlərinə əməl olunub-olunmaması araşdırılıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanda şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə monitorinqlər davam etdirilir.

Missiya.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, şənlik mərasimlərinin başlanmasına icazə verildiyi tarixdən bu günədək 500-dən çox obyektdə monitorinqlər aparılıb, qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb. Monitorinq göstərir ki, əksər şadlıq evlərində karantin qayda və tələblərinin gözlənilməsi təmin olunur.

Bununla belə, iyulun 16-də keçirilmiş monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə qayda pozuntusu hallarına rast gəlinib. Monitorinq qrupları tərəfindən məkan sahibləri ilə izahat işləri aparıldıqdan sonra rast gəlinən və həll oluna bilən pozuntu halları yerindəcə aradan qaldırılıb və tədbirin qaydalara uyğun həyata keçirilməsi təmin edilib.

Əsas rast gəlinən pozuntu halları məkan sahiblərinin şənlik mərasimlərini müvafiq icaze.e-gov.az portalında qeydə almadan təşkil etməsi, yaxud zalların ölçüsü imkan vermədəyi halda, daha çox qonaq qəbul etmək üçün sifariş götürməsidir. Toylarda qonaqların say məhdudiyyətinin pozulması, mərasimlərə qatılan şəxslərin COVID-19-a qarşı peyvənd edilməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədlərə malik olmaması da ən çox rast gəlinən pozuntu hallarındandır.

Şənlik mərasimləri təşkil edən məkan sahiblərinin nəzərinə bir daha çatdırılır ki, tədbirin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təşkili və iştirakçıların zəruri sənədlərə malik olması mütləq şərtdir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR