Qırğızstan-Türkiyə Manas Universitetində “Qarabağ Zəfəri” mövzusunda tədbir keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu ilin iyun ayının 28-də Bişkek şəhərindəki ən iri təhsil müəssisələrindən olan Qırğızstan – Türkiyə Manas Universitetində “Qarabağ Zəfəri” adlı sərginin açılışı olub.

Tədbirdə Azərbaycanın Qırğızstandakı səfiri Hidayət Orucov, Qırğızstan parlamentinin deputatları, bu ölkədə akkreditə olunmuş səfirlər, diplomatik nümayəndəliklərin əməkdaşları, elm, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbələr, diasporumuzun üzvləri iştirak ediblər.

İlk olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan, Qırğızstan və Türkiyənin himnləri oxunub. Bakı Media Mərkəzinin çəkdiyi “Azərbaycan Ordusunun Zəfər Paradı” adlı qısametrajlı film nümayiş olunub.

İştirakçılar rəşadətli ordumuzun zəfər yollarını əks etdirən sərgi ilə tanış olublar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR