" />
Haqqımızda Əlaqə

Dövlət başçısı: “Artıq bütün səylərimizi toplamışıq, bütün resurslarımızı səfərbər etmişik”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Bütün kəndlər, bütün şəhərlər dağıdılıb. İndi biz onları minalardan təmizləməli, həmçinin paralel olaraq yenidənqurmaya başlamalıyıq”.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edərkən deyib.

“Biz artıq bütün səylərimizi toplamışıq, bütün resurslarımızı səfərbər etmişik. Böyük infrastruktur layihələrinə artıq başlanıb. Sizə bəlkə də bununla bağlı məlumat verilib. Biz onları yenidən quracağıq və düşünürəm ki, bu miqyasda dağıntıdan inkişafa, insanlar üçün layiqli yaşayış standartlarına doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik”, – dövlət başçısı vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR