Rəsmi Bakı 10 noyabr bəyanatının icrasına görə beynəlxalq təşkilatlara çağırış etdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva insan hüquqlarının qorunması və təşviq edilməsi sahəsində Azərbaycanın beynəlxalq təşkilatlar ilə əməkdaşlığını şərh edib.

O bildirib ki, Azərbaycan bütün insan hüquqları və əsas azadlıqlarının universallıq, qarşılıqlı bağlılıq və bölünməzlik prinsiplərinə sadiqdir.

O, Azərbaycanın insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərə tərəfdar olduğunu bildirib.

“İnsan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, Azərbaycan onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müqavilə-əsaslı qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur”, – deyə o əlavə edib.

XİN rəsmisi beynəlxalq insan hüquqları təşkilatlarını bölgədə yaxşı qonşuluq münasibətlərinin bərpasına yönəlmiş 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın həyata keçirilməsini dəstəkləməyə, insan hüquqları və əsas azadlıqlarına seçkili münasibət sərgiləməkdən yayınmağa çağırıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR