Mikayıl Cabbarov AYİB-in səlahiyyət müddəti başa çatan nümayəndəsi ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov AYİB-in səlahiyyət müddəti başa çatan nümayəndəsi İvana Duarteni qəbul edib.
Bu barədə nazir özünün sosial media hesabında yazıb.
“Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri kimi səlahiyyət müddəti başa çatan xanım İvana Duarteyə Azərbaycan-AYİB əlaqələrinin inkişafına töhfələrinə, Bankın dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihə və təşəbbüslərə görə təşəkkür edirəm. İnanıram ki, xanım İvana Duartenin Beynəlxalq Maliyyə Korporasiyasında (IFC – International Finance Corporation) fəaliyyəti zamanı da səmərəli əməkdaşlığımız davam edəcək”, – deyə nazir qeyd edib.
Oxşar Xəbərlər
- Azərbaycanın 522 QHT-si İran qarşısında tələb irəli sürüb: “Terroru törədənləri və sifarişçilərini tapın” – BƏYANAT
- Yumşalmadan sui-istifadə və iki günlük izolyasiya – Dövləti sərt qərarlara məcbur etməyək!
- Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın gələcək inkişafının yeni mərhələsinin əsası qoyuldu