Haqqımızda Əlaqə

Ərdoğan: “Qarabağı yenidən dirçəltmək istiqamətində görülən işləri yaxından izləyirik”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Qardaşım İlham Əliyevin liderliyi və müzəffər Ali Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağı yenidən dirçəltmək istiqamətində görülən işləri yaxından izləyirik. Şuşaya gələrkən gördük ki, intensiv işlər görülür”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Türkiyə lideri bildirib ki, Füzuli aeroportunun istifadəyə verilməsi ilə bölgədə turizm imkanları da genişlənəcək.

O qeyd edib ki, Türkiyə öz dədə-baba yurdlarına qayıdacaq azərbaycanlılarla bağlı səylərini əsirgəməyəcək.

“Bu mövzuda dəyərli qardaşımın özəl çalışmaları var”, – deyə R.T.Ərdoğan əlavə edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR