" />

Hulusi Kılıç:”Heydər Əliyev təkcə Azərbaycan xalqının ümummilli lideri deyil, həm də türk dünyasının dahisidir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Bu gün böyük liderin doğum günüdür. Biz də qardaş olaraq ehtiramla anırıq. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail olub. Qısa zamanda ölkədə inkişaf və quruculuq başlayıb”.

Bu sözləri Agsaqallar.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, hamının sevimlisi Hulusi Kılıç deyib.

O, bildirib ki, dünya şöhrətli siyasi xadim və dövlət xadimi Heydər Əliyev təkcə Azərbaycan xalqının ümummilli lideri deyil, həm də türk dünyasının dahisidir.

“Heydər Əliyev kimi şəxsiyyətlər qurub-yaratmaq eşqi ilə yaşayırlar. Dahi şəxsiyyətin gördüyü işlərin bəhrəsi uzun illər Azərbaycanda və Türkiyə özünü göstərəcək. İftixarla deyə bilərik ki, Azərbaycanın uğurlarında Heydər Əliyevin zəngin fəaliyyətinin izi var. Hər zaman sevgiylə anır, Türk dünyasının böyük sərkərdəsi olaraq qürur duyuruq. Allah qəni-qəni rəhmət eləsin!”- deyə Hulusi Kılıç bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR