Haqqımızda Əlaqə

“Heydər Əliyev hakimiyyətə gəlməsəydi, müstəqilliyimizi qoruya bilməyəcəkdik” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Ulu öndər Heydər Əliyevin anadan olmasından 98 il ötür. Naxçıvanda sadə bir ailədə dünyaya göz açan Heydər Əliyev ömrünün yarıdan çoxunu Azərbaycanın inkişafına həsr edib. Heydər Əliyev 1967-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin (İndiki DTX) sədri təyin olunub. Ulu Öndər ömrünün 25 ilini təhlükəsizlik orqanlarında xidmət edib. Onun siyasi iradəsi nəticəsində 60-80-ci illərdə Azərbaycanın milli ruhlu, peşəkar və intellektual təhlükəsizlik xidməti əməkdaşları yetişdirilib. Əminliklə deyə bilərik ki, Azərbaycan dövlətçiliyinin təməllərini Heydər Əliyev atıb. 1969-cu ildə Azərbaycan SSRİ-yə rəhbər təyin olunan Ulu Öndər, fəaliyyətinin bütün dövrlərində ölkəmizin inkişafı üçün əlindən gələni əsirgəməyib”.

Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov Ulu Öndər Heydər Əliyevin həyat yolu barədə danışarkən deyib.

YAP rəsmisi bildirib ki, 70-ci illərin əvvəllərindən Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda inkişaf dövrü başlayıb: “Həmin illərdə Bakıda o dövr üçün nadir arxitektur quruluşa malik binalar tikildi, məişət kondisionerləri, Dərin Dəniz özülləri və sair bu kimi minlərlə insanın işləyəcəyi zavodlar inşa olundu. Həmçinin həmin illərdə Azərbaycanda kənd təsərrüafı sahəsində də nəzərəçarpan inkişaf müşahidə olunurdu”.

Heydər Əliyevin müstəqilliyimizin banisi olduğunu deyən Ramin Əhmədov bildirib ki, ölkəmizin milli qurtuluşu, çiçəklənməsi Ulu Öndərin adı ilə bağlıdır: “AXC-Müsavat hakimiyyətinin ölkəmizdə yaratdığı hərc-mərcilik və anarxiya gənc Respublikamızı ağır vəziyyətdə salmışdı. Hakimiyyətdə olanların yarıtmaz idarəçiliyi nəticəsində ölkəmizin Şimalında, Cənubunda və Dağlıq Qarabağ regionunda separatçılıq meyilləri artmışdı. Bununla yanaşı, əhalinin iqtisadi vəziyyəti ağırlaşmışdı.  Bir sözlə, Azərbaycanı qeyri-peşəkarlar idarə etdiyi üçün ölkəmiz müstəqilliyini itirmək üzrə idi. Hakimiyyətdəki qüvvələr heç bir uğurlu iqtisadi və siyasi proqram irəli sürə bilmirdilər. Digər tərəfdən, erməni işğalçıları Dağlıq Qarabağ bölgəsində dəhşətli qırğınlar törədir, rayonlarımızı bir birinin ardınca işğal edirdilər. Vəziyyət get-gedə gərginləşirdi. Nəhayət səbr kasası dolan xalq, saxtakar idarəçilərin, yalançı hakimiyyətin qurduğu oyanlardan bezdi. Xalq anladı ki, məhvə doğru gedən dövlətin xilası Ulu Öndər Heydər Əliyevin əlindədir. Zaman göstərdi ki, müdrik Azərbaycan xalqı seçimində yanılmayıb. Bəli, Heydər Əliyev hakimiyyətə gəlməsəydi, müstəqilliyimizi qoruya bilməyəcəkdik”.

Ramin Əhmədov bildirib ki, Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gəldikdən sonra ilk növbədə qanlı müharibənin dayandırılması və ölkədəki hərc-mərcliyin qarşısını almaq üçün addımlar atıb: “Nəhayət, 1994-cü ilin 12 may tarixində atəşkən elan olundu. Ulu Öndərin həyata keçirdiyi düşünülmüş siyasi gedişlər nəticəsində daxili çəkişmələrə də son qoyuldu. Bir sözlə, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə çiçəklənmə və rifah dövrü başladı.  Ulu Öndər ordu quruluculuğuna və ölkə iqtisadiyyatının dircəldilməsinə xüsusi diqqət yetirdi. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri dirçəldildi, düşmənə müqavimət qabiliyyəti bərpa olundu. Hətta bir neçə uğurlu əməliyyatla düşmən nəzarətində olan bəzi ərazilər işğaldan azad olundu. Heydər Əliyev ölkəni dərin iqtisadi böhrandan çıxarmaq üçün yollar axtarırdı. Ulu Öndər əmin idi ki, ölkəni acınacaqlı iqtisadi vəziyyətdən yalnız düzgün neft strategiyası çıxara bilər. Gənc Respublika olan Azərbaycanın dənizin dibində olan nefti çıxarmaq üçün nə maddi imkanı, nə də müvafiq texnikasl var idi. Ona görə də Heydər Əliyev dünyanın nüfuzlu “BP”, “LUKoyl”,  “Amoko”,, “Yunokal”, “Statoyl”, “Ekson”, “İtoçu” şirkətlərini ölkəmizə dəvət etdi. Ulu Öndərin siyasi iradəsi nəticəsində qeyd edilən şirkətlər Azərbaycanın dəvətini qəbul etdi və ölkəmizin neft iqtisadiyyatına sərmayələr qoymağa başladılar. Nəticədə 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi” imzalandı. 2000-ci illərin əvvəllərindən neft pullarının ölkəmizə daxil olması ilə bütün sahələrdə böyük canlanma, iqtisadi çiçəklənmə müşahidə olunmağa başlandı. Ölkəyə daxil olan neft pulları düzgün istiqamətlərə yönəldildi. Neftdən əldə olunan gəlir ordu quruculuğuna, sosial sahəyə və əhalinin rifahının yaxşılaşdırılmasına xərclənildi. Nəticədə Azərbaycan Cənubi Qafqazın ən  güclü dövlətinə çevrildi”.

YAP rəsmisi bildirib ki, Prezident İlham Əliyev Heydər Əliyevin siyasi kursunu davam etdirib və Azərbaycan iqtisadiyyatının, dünyadakı nüfuzunun daha da artmasına öz töhfəsini verib: “Dövlət başçısı İlham Əliyev Azərbaycanın inkişafı yolunda mükəmməl iqtisadi sistem qurub və bu sistem çox dayanıqlıdır, hər hansı  iqtisadi təlatüm inkişafımıza mane ola bilməz. 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəmiz Azərbaycanın həm iqtisadi, həm hərbi, həm də siyasi qüdrətinin bariz nümunəsidir. Vətən Müharibəsi Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu və millətin alnındakı ləkəni təmizlədi. Bu şanlı qələbənin kökündə Ulu Öndərin davamçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət dayanır. İlham Əliyev ata vəsiətini ləyaqətlə yerinə yetirdi və xarici Şuşa şəhərinin azadlığını Azərbaycan xalqına bəxş etdi”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR