Haqqımızda Əlaqə

“İTİ QOVAN” PUA-ları Azərbaycan Ordusunun istifadəsinə verilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Yerli istehsaldan olan müasir silah və sursatlar, hərbi texnika məhz 44 günlük Vətən müharibəsində ilk dəfə real döyüşdə uğurla sınaqdan keçdi”.

Bunu müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

Nazir xatırladıb ki, Vətən müharibəsi zamanı gərgin döyüşlərin getdiyi dövrdə Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələri fasiləsiz iş rejimində çalışıblar: “Döyüşçülərimizin istifadəsində olan hərbi texnikanı operativ şəkildə təmir və bərpa etmək üçün cəbhəyanı ərazilərdə fasiləsiz fəaliyyət göstərən müvafiq bazalar yaradılmışdı.

İşğalçılar Azərbaycan torpaqlarından qovularkən Ali Baş Komandanın obrazlı şəkildə işlətdiyi məşhur ifadənin ölkəmizdə və dünyada böyük əks-səda doğurduğu vaxtda seriyalı istehsalına başladığımız, qanadları üzərinə “İTİ QOVAN” yazılmış pilotsuz uçuş aparatları ordumuzun istifadəsindədir”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR