Haqqımızda Əlaqə

“Dostlarım məni gözəl anladıqları üçün, özümü güclü, əzmli bilirəm..”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Axarlı-baxarlı, allı-güllü dünyamızın xoşbəxt yaşamına bir də urcah olan virus…. İnsanları bir-birindən uzaqlaşdıran, evə qapadaraq mənəvi işgəncə verən virus. Və bundan ən çox əziyyət çəkən ahıl nəsil.

Müsahibim Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyevdir.

  • Xoş gördük, dəyərli el ağsaqqalı. Çoxdandı görüşmürük. Evdə qalmaq sizi çox yormuş olmalı…
  • Xoş gördük, qızım. Artıq bir ildən çoxdur ki, pandemiya bizi ağuşuna alıb. Qaydalara uyaraq nümunə olmağa çalışırıq. Biz ağsaqqallar hər zaman cəmiyyətə örnək olmalıyıq. Virus biz ağsaqqallara mənəvi cəhətdən daha çox təsir etdi. Biz işləməyə, cəmiyyət içində olmağa adət etmişik. Ona görə də çox çətindi bizə. Həssas qrupa aid olmağımız bir çox məhdudiyyətlər yaşatdı. Amma bununla belə biz telefon vasitəsilə əlaqələrimizi saxlayır, internet resurslarından istifadə edərək təbliğatımızı aparırıq.
  • Evdə asudə vaxtınız daha çox idi. Ən çox məşğuliyyətiniz nə oldu?
  • Mütaliə. Sevdiyim məşğuliyyət. Bir də xeyli məşhurlardan xatirələr yazdım. Şəms Təbrizi deyir ki,bəzən uzaqlaşmaq lazım, yaxınlaşmaq üçün…Bəzən xatırlamaq lazım, xatırlanmaq üçün…Bəzən ağlamaq lazım, rahatlamaq üçün…
    Bəzən də susmaq lazım, eşitmək üçün… Virusun özəlliyi də bu oldu(gülür).
  • Mayıl müəllim, siz dostluqda sadiq birisiniz. Tez-tez biryerə yığılmanızın şahidi olmuşam. Dost görüşü olmadan yaşamaq çətin deyil ki?
  • Olmazmı?! Corc Orvell deyir ki, bəlkə də insan sevilməkdən çox, başa düşülməyi istəyir. Dostlarım məni gözəl anladıqları üçün özümü onlarla güclü, əzmli sayıram. Tez –tez zəng vururam Vahid müəllimə, Eyvaz müəllimə, Səhhət qardaşıma.. Onlar da mənim kimi, eyni haldayıq.
  • Sizin məşhurlara bağlılığınız onların xatirələrilə birgə, başqa məşhurların da xatrələrinin canlanmasına səbəb oldu. Bu bir növ hobbiyə çevrildi sizdə. Son yazınız kim barədədir?
  • Doğrudur. Aktyor ailəsinin üzvü olmaq mənim duyğularımı daha da pərvaz edib. Mütaliəli olmağı da üstünə gəlsək, sinəm dolub-daşdığı zaman mütləq yazmalıyam. Yoxsa yuxum ərşə çəkilir. Onlar barədə davamlı düşünməyə başlayıram. Bir sitat da İbn Sinadan gətirim. Cəmiyyət böyük vəzifəyə sahib olan insana deyil, böyük fikirlərə sahib olan insana hörmət edir! Mənim zəngin söz bazam var. Saatlarla çıxış edə bilirəm. Bütün bunları mənə verən kitablardır. Müdriklərin fikirlərinə verdiyim önəmdi. Onlardan aldığım örnək ömürdür.Son yazım mərhum aktyorumuz Yaşar Nuriyev barədədir.
  • İnsan üçün həyatda ailə kimi, iş, sağlamlıq və ya rifah kimi vacib nüanslar var. Sizin üçün daha vacib hansıdır: pul yoxsa iş?
  • Belə götürəndə hər ikisi. Mən ailə səadətinə malik bir insan olmuşam. Yaxşı həyat yoldaşı elə səadətin özü deməkdi. Gözəl övladlarım, nəvələrim var. Yoldaşımın vaxtsız vəfatı qol-qanadımı sındırsa da, nəvələrim ovudurlar məni. Bu gün rayonun seçilən ağsaqqalı kimi böyük hörmətim, nüfuzum var. Ağsaqqallar Şurasının sədri kimi rayonda bütün önəmli tədbirlərdə iştirak edirəm. İşin vacibliyi elə, obaya nə qədər yararlı olmağımdadır. Pulun vacibliyi isə yaşamaq üçün lazımdır.
  • Mayıl Əliyev nəvəsilə, yəni kiçik Rüfət Əliyevlə həmsöhbət olarkən nə hisslər keçirir? Çünki hər ikinizin eyni sahəyə eyni marağınız var.
  • (gülür) Nəvəmlə bir arada söhbət daha maraqlı olur. Uşaq şövqülə dediyi şeirlər ruhumu oxşayır. Qardaşım Məhərrəm də şairdir. Bu istedad genetikdi bizdə. Rüfətin pafosla dediyi şeirlər ruhuma qida kimidir. Döyüşçü oğlu olması bu pafosu bir az da artırıb. Bəzən məktəbdən o qədər həyəcanlı gəlir ki… Deyir, baba, bu gün bu şeiri yazmışam, gör necədi? Rüfətin ruhunu çılğınlığı mənə də sirayət edir. Özümü çox xoş hiss edirəm o anlar.
  • Mayıl Əliyevin bu günkü arzularını eşidək..
  • Arzular bitməz, tükənməz. Bu günkü arzum odur ki, bu virus tamamən məhv olsun. Başımızdan qara buludları dağıdan “Dəmir yumruq” həyatımızdan da bu qara kölgəni silər, inşaallah. Dövlətimizin əzmi, ölkə başçısının qətiyyəti bunu deməyə əsas verir. Nə xoşbəxtik ki, azərbaycanlıyıq. Nə yaxşı ki, belə sərkərdəmiz, belə prezidetimiz var. Artıq hər yanda dirçəliş, güclü inkişaf var. Ürəyimiz əmin halda dövlətimizin yanındayıq hər zaman! İnandıq, güvəndik! Daha çox inanırıq, güvənirik! Biz ağsaqqallar güclü Azərbaycan naminə hər zaman səfərbərik!
  • Eşq olsun! Var olun! Sizinlə müsahib olmaq çox gözəldi. Hələlik deyirəm..Görüşənədək!

              Şərafət Şəfa

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR