Rafael Agah Xaçmazlı:”Şəfqət”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Mən özüm Xaçmazda yaşasam da,işimizlə əlaqədar olaraq məcburən günlərlə Xaçmazdan uzaq rayonlarda oluram. Çox zaman mənim ayda 4-5 gün icazə alıb evimə gəlməyə imkanım olur. Hər zaman ki , kimi bu dəfə də , rayona çatıb avtobusdan düşdükdə əmim oğlunan qarşılaşdım. Onun maşını ilə kəndə gəldikcə yol boyu kəntdə olanlardan söhbət edirdik. Kimi toy edib evlənmişdi , kimi gəlin köçürmüşdü , kimi təzə maşın almışdı , kimi yeni işə girmişdi , kimi dünyasını dəyişmişdi… Bunların hamını əmim oğlu mənə danışdıqca kənd üçün , camaatımız üçün çox darıxdım. Bizim kəndin elə camaatı var ki , insanlar bir-birinə doğma , qohum olurlar. Bir toy olanda hər kəs o toyda , bir üzür düşdükdə hər kəs o yas məclisində işdirak edirlər. Elə buna görə də , kənt camaatımıza doğmalığım , sevgim var idi ki , onlar üçün darıxmaq həmin o sevgidən qaynayırdı. Gecəni keçirib səhirisi günü “şəhidlər abidəsi” adlandırılan kənd mərkəzinə çıxdım. Orda ki, insanlar ilə həmsöhbət olmuşdum ki , bu zaman sükan arxasında bir qadını öz maşını ilə məzarlığa tərəf getdiyini görüb soruşdum ; -Bu kimdir ? Tanımadım. Yanımda ki , insanlardan biri;- Bu qadının oğlu xaricidə cavan dünyasını dəyişib. Qadın da , tez-tez öz oğlunun məzarına ziyarətə gəlir,- dedi. Mən beləcə hər ay evimə gəldikdə o qadını məzarlığa getdiyini görürdüm. Ramazan bayramı idi. Bu bayramda hər kəs öz doğmalarının məzarını ziyarət etmək üçün məzarləğa gəlirlər,həm də, o il dünyasını dəyişən insanların məzarını ziyarət edər , ruhuna fatihə oxuyar və qohumlarına “başsağlığı” verərlər. Mən də , o gün , yaxın qonşum olan Fuadla dəfninə çata bilmədiyim insanların məzarını ziyarət edib , bir insanlığ borcumuz olan fatihə oxuyub, Allahdan günahlarına bağışlanma diləyərək , ili tamam olmamış dünyasını dəyişənlərin üzərimizdə olan haqlarını ödəməyə çalışırdım. Girişinə dəmir barmaqlıqlardan yığılmış hasar , metlax döşənmiş yol , qara mərmərdən ucaldılmış məzarın önündə dayandıq.

Bəli,tanımadığım insanın məzarı idi. Fuad mənə bu insan haqqında danışdıqca və həmin o qadın bu dünyasını dəyişmiş oğlanın anası olduğunu dedikdə , gözlərim önündə təmənnasız sevgi olan şəfqətin anı bədirlənmişdi. Həyatda üç növ sevgi vardır ki , biri məhəbbət , biri şəfqət , biri də eşqdir. İnsanda məhəbbət sevgisi el-obaslna,sənətinə,musiqiyə,avtomabilinə,insanlara və sairəyə ola bilər. Bu sevgi dəyişkən olur. Eşqdə olan sevgi isə, yalnız Allaha olur. Eşq sevgisi qarşılıq tələb edir. Aşiqin məşuquna olan sevgisinin qarşılığını insan yox , yalnız Allah verə bilir. Şəfqət sevgisi isə, qarşılıq gözləməz. Bu sevgi yalnız valideyinlərdə, mən deyərdim ki , ən çox anada olur ki, o heç zaman övladından qarşılıq gözləməz. Ana övladı üçün canını qurban edər , özünü atəşə atar , saçını ağardar , milyonlarla əzaba düşər ki , bunun qarşılığını gözləməz. Elə o səbəbdəndir ki, Allah qadınlar içrə ananın qiymətini cənnəti ayaqları altına sərərək yüksəklərə qaldırmışdır. Allah Qurani-kərimin “ənkəbut” surəsi 8-ci ayəsində ; “Biz insana valideyinlərinə yaxşılıq etməyi tapşırdıq !” -buyurmuşdur. Rəsulullah ; “Ata-anaya mehriban baxış müqabilində kamil Həcc savabı verilir… Soruşurlar ki , Əgər gündə 100 dəfə belə baxsa necə ? Həzrət buyurur ; Bəli , Allah ən böyük və ən pakdır , hər baxışa savab yazar.”-buyurmuşdur. Bir kişi Rəsulullahdan soruşur : “Valideyinin övlad üzərində haqqı nədən ibarətdir ? Rəsulullah buyurdu : Onlar sənin cənnətin və cəhənnəmindir.” Bu dünyadə övladın həcci,cənnəti olan insan onun valideyinləridir. Ananın hörməti , sevgisi isə , 3 dəfə anadan artıqdır. Bir nəfər Rəsulullahın yanına gəlib soruşur : Ya Peyqəmbər , mən kimə daha çox yaxşılıq etməliyəm ? Rəsulullah cavab veridi : “Anana”. O adam soruşdu : Sonra kimə ? Rəsulullah buyurdu : “Anana”. Həmin adam yenə soruşdu : Sonra kimə ? Rəsulullah yenə “Anana”,-dedi. O adam bir də : “Bəs sonra kimə?-soruşduqda , Rəsulullah ; “Sonra atana”-deyərək buyurdu. Ana misli görülməmiş bir insandır ki , onun əvəzini bir qadın belə ödəyə bilməz övladına. Biz dəmir barmaqlıq bapıdan çıxdıqda gözəl şəkildə inşa olunmuş bulaq ilə qarşılaşdıq. Bu bulaq da, oğlu Elvinin xatirəsinə ucaldılmış şəfqət sevgisinin axar suyu idi ki, saflığın , təmizliyin nişanı olan su axdıqca xeyrül-əməl olub ana şəfqətini oğluna vəsilə edər , inşəAllah.

 

Agah Xaçmazlı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR