Dünya Türkləri İş Adamları Dərnəyi türk dünyasına xitab edir
Dünya Türk İş Adamları Dərnəyi (DTÜRK) adlı qurum fəaliyyətə başlayıb. Qurumun təşəbbüskarı Türkiyəli iş adamı Gencehan Tunaydır.
Ankara mərkəzli yeni qurumun amacı türk dünyasının inkişafı və yeni cazibə mərkəzinə çevrilməsidir.
Türk dünyasında çalışmaları və yatırımlarıyla bilinən Gencehan Tunay başqanlığında qurulan yeni təşkilat Türkiyə ilə türk dünyasının digər bölgələrindəki iş adamlarını bir araya gətirməyi hədəfləyir.
Gencehan Tunay qurumun məqsəd və vəzifələrini elan edərək bildirib ki, türk dünyasının hər tərəfindən iş adamları və ideya daşıyıcılarını yanımızda görmək istərdik.
O, çoxtərəfli işbirliyini daha irəli daşıyaraq ortaq İşbirliyi Şurası qurmağı da hədəflədiklərini qeyd edib.