“Mehriban xanımın Prezidenti müşayiət etməsi, səfərlərə xüsusi rəng qatır” – Ramin Əhmədov“Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri davam edir. Cənab Prezident bu günə qədər Şuşa, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Xocavənd, Hadrud, Laçın və Kəlbəcər rayonlarında səfərdə olub. Ölkə başçısının qeyd edilən ərazilərə hər səfəri fərqli və səmimi görüntülərlə yadda qalır. Prezidentin füsunkar təbiətə malik Kəlbəcər rayonuna səfəri də məhz belə oldu. Ölkə başçısının işğaldan azad olunmuş rayonlara gedərkən onu ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın müşayiət etməsi səfərlərə xüsusi rəng qatır”. Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri barədə danışarkən deyib.