“YAŞAT” daha 13 qazimizi Türkiyəyə göndərdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Vətən müharibəsində ağır yaralanan daha 13 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fond həmin qazilərin siyahısını yayıb:

1. Əsgərov Orxan Tofiq oğlu

2. Daşdəmirov Qədir İsmayıl oğlu

3. Cəfərov Namiq Fərhad oğlu

4. İbrahimov Kamran Ceyhun oğlu

5. Əliyev İntiqam Oktay oğlu

6. Əlizadə Şəhriyar Mirağa oğlu

7. Zeynalov Məhiyyəddin Elsevər oğlu

8. Abdurrəşidov Qorxmaz Tələt oğlu

9. Məmmədzadə Arif Mahir oğlu

10. Məcidov Vidadi Əlisa oğlu

11. Babayev Anar Ramiz oğlu

12. Məmmədov Ədalət Ramazan oğlu

13. Qurbanov Xəyal Elburus oğlu

“YAŞAT” Fondu tərəfindən həm Türkiyədən ölkəmizə gətirilən, həm də yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi qardaş ölkədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, fond tərəfindən bu günə qədər 76 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 9-unun müalicə proseduru artıq uğurla yekunlaşıb və vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR