Bakıda koronavirusa yoluxmanın ən çox qeydə alındığı rayonlar açıqlandı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Paytaxt üzrə koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, statistik göstəricilərə görə, paytaxt üzrə qeydə alınan yoluxma hallarının 14,8 faizi Binəqədi rayonunun payına düşür.

Ardıcıllığa əsasən, yoluxma hallarına görə ikinci yerdə 13,4 % ilə Xətai rayonu qərarlaşır.

Digər rayonlar üzrə isə Yasamalda 12,4 %, Sabunçuda 10,9 %, Suraxanı 8,1 %, Nərimanovda 8,3 %, Nəsimidə 8 %, Xəzərdə 7 %, Nizamidə 7 %, Səbaildə 5,1 %, Qaradağda 4,6 %, Pirallahıda isə 0,5 % yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 54,2 %-i Bakı şəhərində qeydə alınıb.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR