Haqqımızda Əlaqə

Bahar Muradova: Azərbaycanda həssas qrupdan olan insanlara xüsusi diqqət və qayğı göstərilir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanda həssas qrupdan olan insanlara xüsusi diqqət və qayğı göstərilir. Dövlətimiz tərəfindən bu istiqamətdə davamlı siyasət yürüdür. Azərbaycanın bu sahədə özünəməxsus təcrübəsi var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sosial işçilər və psixoloqlar üçün təşkil olunan təlimlərin açılışı zamanı bildirib.

Bahar Muradova deyib ki, həssas qrupdan olan insanların sayı münaqişə və müharibə nəticəsində daha da artıb. Hökumət bir sıra tədbirlər həyata keçirir. Münaqişə, müharibə və pandemiya şəraitində sosial işçilər və psixoloqlar üçün təlimlərin təşkili xüsusi aktuallıq kəsb edir.

Dövlətimiz tərəfindən uşaq strategiyası və məişət zorakılığı ilə bağlı mühüm qərarların qəbul edildiyini diqqətə çatdıran komitə sədri həssas qrupdan olan ailələrin problemlərinin vacibliyini qeyd edib. O deyib: “Psixo-sosioloji işlərin aparılması çox vacibdir. Bu istiqamətdə AQUPDK da öz üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışır. Komitə əməkdaşları 44 günlük Vətən müharibəsi dövründə erməni silahlı qüvvələrinin mülki əhalini hədəfə alması nəticəsində ziyan dəymiş çəkən Goranboy, Ağdam və Tərtər rayonlarında 1400 ailəni ziyarət ediblər. Bundan başqa, 165 şəhid ailəsinə tərəfimizdən psixoloji dəstək göstərilib”.

Bahar Muradova həssas qrupdan olan insanlara təlimlər vasitəsilə psixoloji dəstəyinin daha da artacağına ümid etdiyini bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR